Kral III Çarlzdan Kate Middletona yeni titul

10:00 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniya kralı III Çarlz Kate Middletona“ daha çox məsuliyyət daşıması” üçün yeni titul verib. Bu, şübhəsiz ki, çərşənbə axşamı 6 yaşlı kiçik oğlu Luinin ad gününü qeyd edən şahzadə üçün xoş bir təkan olacaq.

Hafta.az-ın yazdığına görə, kral izah edib ki, şahzadəyə bu şərəfi "ona göstərilən hörməti" tanımaq üçün verib.

Şahzadə indi bu titulla elit insanların sırasındadır. Bu qrupda J.K.Roulinq və Elton Con kimi similar var.

Şahzadə, Müqəddəs Georgi Günü ənənəsinin bir hissəsi olaraq bu ünvana layiq görülüb və o, yeni titul alan yeganə saray üzvü deyil.

Şahzadə Uilyam da Bath Ordeninin Böyük Rəhbəri təyin olunmaqla şərəflənib.

Uels şahzadəsi və kral III Çarlzın simasında bir-birinin ardınca xərçəng diaqnozu ilə mübarizə aparan kral ailəsi bu günlərdə çətin günlər yaşayır.

Şahzadə "profilaktik" kimya terapiyadan keçdiyi üçün ictimai həyatdan tamamilə uzaqlaşıb. Onun xəstəliyi xəbəri ilk dəfə yanvar ayında planlaşdırılmış qarın əməliyyatı etdirəcəyi və Pasxa bayramına qədər işləyə bilməyəcəyi elan edildikdə ortaya çıxıb.

Oxunma sayı 149