Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

14:14 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad sakini Kür çayına düşüb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.