Kürdəmir sakini balta ilə özünə xəsarət yetirib

17:14 04.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayon sakini özünə xəsarət yetirib.

Hafta.az "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Mübariz Neman oğlu Səfərov həyətdə odun doğrayarkən balta ilə ayağına xəsarət yetirib və baş barmağını kəsib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.