Kürdəmirdə usta yıxılaraq dünyasını dəyişib 

23:16 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib, 58 yaşlı kişi yıxılaraq dünyasını dəyişib.

Hadisə rayonun Təklə kəndində qeydə alınıb. Belə ki, rayonun Şıxımlı kənd sakini Məmmədov Namiq Əmirəhmət oğlu Təklə kənd sakini Cəfərov Qabil Bəşir oğluna məxsus evdə usta işləyərkən ehtiyatsızlıqdan yıxılıb və ağır xəsarət alıb. Ətrafdakı insanların köməyi ilə Namiq Məmmədov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Namiq Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 113