Laçındakı ermənilərdən növbəti təxribat –YOLU BAĞLADILAR - VİDEO

18:30 05.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

30 ildən çoxdur ki, Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilər “məcburi köçürülmə” qərarından hiddətlənərək şəhərin mərkəzindən keçən Şuşa-Laçın-Gorus yolunu bağlamağa cəhd ediblər.

Hafta.az xəbər verir ki, bu haqda “ArmenianToday” məlumat yayıb.

 İnternetdə yayılan videodan məlum olur ki, haylar şəhərin Azərbaycana verilməməsini tələb edərək yolu bağlayıblar.

“Biz yolu bağlamaq istəyirik, amma polislərimiz buna icazə vermir. Biz rus sülhməramlılarının komandiri ilə danışmaq istəyirik ki, onların niyə bizi türklərin arasında qoyub getdiklərini öyrənək”, - deyə haylardan biri bildirib.

Qeyd edilir ki,  Laçın şəhəri və Zabux kəndində məskunlaşmış ermənilərə avqustun 25-dək evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan əvvəl “Armenia Today”ə müsahibəsində Laçın rayonunun Zabux kəndinin qanunsuz başçısı Andranik Çavuşyan bildirib ki, Xankəndindəki separatçı rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan kəndə səfər edib və sakinlərə 20 gün ərzində kəndi tərk etmələri barədə xəbərdarlıq edib.

Oxunma sayı 2713
Gündəm rubrikasından digər xəbərlər