Lenin nazirləri ilə birgə paytaxtdan qaçdı

10:17 08.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ekvadorda hökumət əleyhinə etiraz aksiyaları şiddətlənərək, bəzi dağıdıcı hallarla müşayiət olunmağa başlayıb.

Hafta.az yazır ki, vəziyyətin ciddiliyini anlayan hazırkı prezident Lenin Moreno, üsyançı əhalinin başqa şəhərlərdən də paytaxt Kitoya axın etdiyini əzərə alaraq hökuməti cənub-qərbdə yerləşən liman şəhəri olan Guayaquil şəhərinə köçürməyə qərar verib. Moreno bildirib ki, ölkədə baş verənlər sıradan etiraz aksiyası deyil, açıq-aşkar dövlət çevrilişinə cəhddir. Onun sözlərinə görə, həm də bu cəhdi ölkənin keçmiş prezidenti Rafael Korrea və Venesuelanın dövlət başçısı Nikolas Maduro birbaşa dəstəkləyir. 

Xatırladaq ki, Ekvador hökuməti yanacağın qiymətini qaldırmaq haqda qərar verəndən sonra bütün nəqliyyat sektorunda tətil, ardıyla da etiraz aksiyalarına start verilib. Bunu görən hökumət paytaxtda fövqəladə vəziyyət elan edib və bundan hiddətlənən vətəndaşların qəzəbi daha da coşub.