“Bakcell“ öz şəbəkəsində yaranan problemləri çözdü

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın mobil operatoru “Bakcell“ çərşənbə axşamı səhərdən şəbəkənin işində yaranan nasazlıqları aradan qaldırıb. Adıçəkilən qurumdan verilən məlumata görə, qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarda (Yasamal, Səbail, Qaradağ) “Bakcell“ abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb. “Bakcell“ şirkəti böyük məmnuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün “Bakcell“ şirkəti tərəfindən təcili və effektiv tədbirlər görülüb.
Təbriz Vəfalı