Lütfizadə adına fəxri təqaüd

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
NaxÇıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən etibarən böyük alim Lütfizadə adına fəxri təqaüd təsis olunub. Bu haqda “Həftə içi“nə NDU-nun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Kaliforniya Universitetinin professoru Lütfizadə XX əsr Azərbaycan elminin, intellektinin dünyaya bəxş etdiyi ən nəhəng sima, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, görkəmli elm xadimidir. Məlumat da vurğulanır ki, təqaüdün təsis olunmasında məqsəd tələbə gənclərin dəqiq elmlərə marağını daha da artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini yüksəltmək, bütün dünyada məşhur olan, Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim Lütfizadənin həyatını, elmi nailiyyətlərini öyrənmək və yaşatmaqdır. NDU mətbuat xidmətinin rəhbəri Mehriban Sultan məsələ ilə bağlı bildirdi ki, Lütfizadə adına fəxri təqaüdə namizədlər mühəndislik və memarlıq, fizika-riyaziyyat fakültələrindən tələbələri arasından seçiləcək.

Oxunma sayı 29