Millət vəkili “Avronest“in tədbirinə qatılacaq

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
MillƏt vəkili Rövşən Rzayev “Avronest“ Parlament Assambleyasının (PA) prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə səfər edib. “Həftə içi“nə bu haqda millət vəkilinin özü məlumat verib. R.Rzayev bildirdi ki, Gürcüstan, Ukrayna, Moldova parlamentarilərinin də qatılacağı tədbirdə qurumun prosedur qaydaları barədə sənədin müzakirəsi nəzərdə tutulub. Onun sözlərinə görə, toplantıda “Avronest“ PA-nın bürosunun və komitələrinin səlahiyyətləri, səsvermə qaydaları, siyasi qrupların, təsisatların rolu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Nahid Canbaxışlı