Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0

11:20 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Hafta.az-ın məlumatına görə, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.

Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib.

 

Türkan Nəsirova isə debütdə almaniyalı rəqibinə məğlub olub.