Martda Rusiyanın Çinə kömür ixracı 21 faiz azalıb

10:20 23.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərbin sanksiyalarından sonra Çinlə ticarətini bütün sahələrdə rekord səviyyədə artıran Rusiyanın Çinə kömür ixracı 2024-cü ilin mart ayında azalıb.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Çinə satdığı kömürün həcmi (daş kömür, linyit, torf, koks və yarımkoks daxil olmaqla) bu ilin mart ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azalıb.

Çin Gömrük İdarəsinin RBC-yə istinadən verdiyi məlumata görə, mart ayında Çin Rusiyadan 881 milyon dollar dəyərində 6,92 milyon ton kömür idxal edib.

Aprelin 16-da Rusiya energetika nazirinin müavini Sergey Moçalnikov bildirib ki, 2023-cü ilin sonuna kimi Rusiyanın Çinə kömür ixracı 100 milyon tonu keçəcək. Rusiya 2022-ci ildə Çinə 67 milyon ton kömür tədarük edib.

2024-cü ildə Rusiya kömür şirkətləri hasilatın azaldılması ilə üzləşə bilər. Bunun əsas səbəbi kömürün ixrac qiymətlərinin aşağı olması və kömür şirkətlərinin xərclərinin artmasıdır. İlin əvvəlindən dəniz nəqliyyatı artıq 21 faiz azalaraq 33 milyon tona düşüb.

Oxunma sayı 239