Masallı ərazisində zəlzələ qeydə alınıb

14:06 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 kilometr şimal-şərqdə Masallı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, zəlzələ hiss olunmayıb.

Masallıdakı zəlzələ 3.4 maqnituda gücündə olub və ocağı 36 kilometr dərinlikdə yerləşib.