Masallı rayon prokuroru vəzifəsindən azad edildi

17:28 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda daha bir rayon prokuroru vəzifəsindən azad olunub.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial səbəkədəki səhifəsində məlumat verib.

Məlumata əsasən, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Eyni zamanda, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Oxunma sayı 1924
Siyasət rubrikasından digər xəbərlər