Masallı sakinindən 1,4 kiloqram tiryək götürülüb

20:32 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini E.Həsənov Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Ondan 1,4 kiloqram tiryək və 6 qramdan artıq metamfetamin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 129