Masallıda ikimərtəbəli evdə yanğın olub

18:52 12.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda 8 otaqlı evdə yanğın qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Masallı şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində dəhliz və hamam otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.