Masazırda şəhidlərin xatirəsi əbədiləşdirilib - FOTO

21:41 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Masazır kəndində Vətən Müharibəsində şəhid olan Dövlətov Zaur Zahir oğlunun və şəhid Hüseynov Elxan Maarif oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Bu gün şəhid ailələrinin, kənd camaatının və RİH başçısı İradə Gülməmmədovanın iştirakı ilə bulaq kompleksi istifadəyə verilib.

Hafta.az-ın məlumatına görə, sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordüsunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub.

Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.

Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin.

Oxunma sayı 383