Maşın kanala düşdü, sürücü boğuldu

10:51 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunda "VAZ" markalı minik avtomobili Qarabağ su kanalına düşüb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1982-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.