Maşın oğrusu aeroportda tutuldu 

13:10 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobil oğurlayan şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

 

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 21