Mask bu səbəbdən ABŞ hökumətindəki işini tərk etmək istəyir... – “The Washington Post”

17:34 21.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milyarder İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (“DOGE”) rəhbəri vəzifəsini tərk etmək istəyir. Onun xüsusi dövlət işçisi statusu 2025-ci ilin mayında başa çatır və bu müddətin uzadılıb-uzadılmayacağı hələ məlum deyil.

Hafta.az  “UNİAN”a istinadla xəbər verir ki, “The Washington Post” mənbələrə istinadla belə yazır.

Maskın bütün federal işçilərə ən yaxşı nailiyyətlərini göstərən həftəlik “e-poçt” göndərmələrini yollamağı əmr etdiyi bildirilir. Bu tələbi yerinə yetirmədiklərinə görə işçilər işdən çıxarılmaqla hədələnib.

Jurnalistlər bu vəziyyəti onlarla dövlət qurumlarının rəhbərləri və işçiləri ilə müzakirə ediblər. Məlum olub ki, məmurlar əvvəldən bu direktivin əsas müddəalarını həyata keçirməkdən imtina ediblər.

Nəşr vurğulayıb ki, Mask 2025-ci ilin mayında vəzifəsini tərk etməyə hazırlaşır və onun ABŞ hökumətindəki nüfuzu zəifləməkdə davam edir.

Mənbələrdən birinə görə, milyarder “DOGE”-nin rəhbəri kimi fəaliyyətini davam etdirmək istəmir, çünki o, xoşagəlməz və qeyri-etik hesab etdiyi “siyasi sol qüvvələrin hücumlarına” dözməkdən yorulub. O, əlavə edib ki, Mask onun gedişinin “DOGE”-nin effektivliyinə təsir etməyəcəyinə əmindir.