Bu dəqiqələrdə Ermənistan müqəddəs eçmiədzin ana kilsəsi yaxınlığında çoxsaylı maskalı Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları əməliyyat keçirir. Ehtimal olunur ki, məqsəd Şirak diyarının baş keşişi arxiyepiskop Mixayel Aqaparyanı həbs etməkdir. O, buraya keşişlərin yığıncağında iştirak etmək üçün gəlib. Bu səhər isə təxminən 30 maskalı şəxs Şirak diyarının baş keşişliyinə daxil olub.
Hafta.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
Vəkil Ara Zohrabyan açıqlayıb ki, Mixayel Srbazanın həbsinə dair qərar 2024-cü ilin fevral ayında verilmiş müsahibədə hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorla devirməyə çağırışlar etməsi ilə əlaqəlidir.
Ermənistan Baş Prokurorluğu 17 iyun 2025-ci il tarixində Şirak baş keşişi barədə cinayət işi başladığını təsdiqləyib.