MEDİA maliyyə ayırdığı saytlar və qəzetlərın adını açıqlayıb - SİYAHI

15:51 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Qeyd edək ki, Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir. Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Oxunma sayı 215