Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var - Əhməd İsmayılov

13:17 12.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov qeyd edib ki, media subyektləri qalan müddət ərzində müraciət edə bilərlər. “Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”, - deyə o əlavə edib.

Oxunma sayı 2066