Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

17:04 15.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq:

"Qanuna edilən digər dəyişikliyə əsasən isə, Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək".

Qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.