Məhkəmə məşhur aktyoru günahsız saydı

12:00 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Massaçusets ştatının prokurorluğu məşhur aktyor Kevin Speysi ilə bağlı gənc bir oğlana etikadan kənar hərəkətləri ilə bağlı ittihamları əsassız sayıb. Aktyor bu ittihamlar sübut ediləcəyi təqdirdə 5 ilə qədər həbs cəzası ala bilərdi.

İttihamçı tərəf məhkəmədə şahid qismində ifadə verməkdən imtina edib. Qarşı tərəf bu ittihamla bağlı sübutların olduğu mobil telefonun itirildiyini bəyan edib.

18 yaşlı oğlanın sözlərinə görə, o özünü Spysiyə 23 yaşlı kimi təqdim edib. Nəticədə aktyor Nantuket barında içkilər alıb və gecəni onunla keçirtməyi təklif edib.

Bu artıq məşhur aktyora qarşı eyni məzmunlu irəli sürülən ilk ittiham deyil. Özünün cinsi oriyentasiası ilə bağlı etirafdan sonra Kevinə qarşı bu cür ittihamlar irəli sürən çox sayda insan peyda olub.