“Məhkəmə qərarı Tofiq Yaqublu üzərindən siyasi alver edənləri məyus etdi” - Hüquqşünas

18:54 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 “Tofiq Yaqublunun barəsində çıxarılan həbs qəti-imkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz edilməsini ədalətli qərar hesab edirəm.  Tofiq Yaqublunun sağlamlığına ciddi təhdidlər var idi və açlıq aksiyası onun orqanizminin tükənməsinə gətirib çıxardardı.  Ev dustaqlığı ilə bağlı qərar onun ailə daxilində daha tez toparlanmasına gətirib çıxaracaqdır.  Tofiq Yaqublu Qarabağ qazisi idi və o vətən torpaqlarının uğrunda müharibədə iştirak etmiş bir şəxsdir.  Belə bir şəxsin səhhətinin tükənməsini nə cəmiyyət, nə dövlət qəbul etməzdi”.

Bunu Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə qərarı ilə bağlı hafta.az-a açıqlamasında  hüquqşünas, Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.

Hüquqşünas hesab edir ki, bu qərarın qəbul edilməsi cəmiyyətdə gərginliklərin azaldılmasına gətirib çıxartdı. 

“Bu qərar Tofiq Yaqublu üzərindən siyasi alver edən şəxsləri məyus etdi.  Hansı ki, onlar Tofiq Yaqublunun təhlükə altında qalmasından siyasi divident qazanmağa, onun üzərindən bir şou qurmağa çalışırdılar. Belə münasibətə heç cür yol verilə bilməz. Qoy yüzlərlə siyasi nəticə qurban olsun bir insanın sağlamlığına. İnsanların faciəsi üzərində siyasət qurmaq çox yanlışdır. Çox təəssüf ki, həmişə əksər yerlərdə  bu cür formatlardan istifadə olunmağa cəhdlər edilib”.

Ə.Nuriyev bildirib ki, məhkəmə bu qərarı qəbul etməklə bu istiqamətdə olan ssenarilərin qarşısını almış oldu.

“Düşünürəm ki, Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun barəsində daha ədalətli qərar qəbul edəcək və o tam olaraq azadlığa qovuşacaqdır. Mən ona cansağlığı arzulayır və Məhkəmənin bu qərarını alqışlayıram”.

Ə.Nuriyev  Tofiq Yaqubluğunun qismən azad olunmasını dövlətin humanist addımının  nəticəsi kimi dıəyərləndirdi.

“Cəmiyyətin müxtəlif təbəqələri, istər siyasətçilər, istər dövlət nümayəndələri, istər millət vəkilləri, istər vətəndaş cəmiyyətinin qrupları, media nüaməyəndələri - hər kəs bir ağızdan onun azadlığa çıxamasını istəyirdilər. Cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanıma müraciətlər var idi. Təbii ki, bunların da əhəmiyyətli təsiri oldu. Mən əminəm ki, ölkə başçısı və Mehriban xanım da bu məsələnin daha uğurlu həllini istəyiblər. Humanizm, mərhəmət, şəfqət bütövlükdə Prezidentin və Mehriban xanımın əsas fəaliyyətinin prinsiplərindən sayılır. Və əlbəttə ki, burda cəmiyyətin-dövlətin mövqeyi üst-üstə düşürdü. Söhbət bir Qarabağ qazisinin taleyindən gedirdi. Qarabağ qaziləri bizim üçün ən müqəddəs insanlardır.  Qarşıda ən mühüm məsələmiz torpaqların işğaldan azad edilməsi məsələsidir. Və Qarabağ qazisinə münasibət gələcəkdə bütünlükdə müharibənin taleyinə həll edən bir məsələdir. Ölkə başçısının birmənalı mövqeyi bundan ibarətdir ki, torpaqlarımız azad olacaq. Biz kimə güvənməliyik, qazilərimizə və onların ardıcıllarına. Ona görə də məhkəmənin qərarı bu mənada da alqışlanmalıdır”.

 Hüquqşünas hesab edir ki. T.Yaqublunun evə buraxılması onun həbsindən siyasi bazarlıq edən siyasətbazlara ciddi təsirini göstərəcək.

“Təbii ki, bu qüvvələr yenə də bundan istifadə edərək deyəcəklər ki, “baxın biz nəyə nail olduq”.  Amma burda fərqli bir məsələ var. Bunun üstündən şou yaratmaq istəyənlərin bazarı kasadlaşdı.   Belə siyasətbazların gələcəkdə “yeni bazar” yaratmalarına imkan vermək olmaz.  İnsanların mərdliklərindən istifadə etmək olmaz. Hər kəsin ölkənin inkişafı ilə bağlıl fərqli fikirləri ola bilər. Amma bu insan faciəsinə gətirib çıxarmamalıdır. Hazırki şəraitdə məhkəmənin bu qərarı dövlət orqanlarının bu prosesə çevik reaksiyasının nəticəsidir. Çox istərdim ki, bu aclıq Tofiq Yaqublunun səhətində ciddi fəsadlar yaratmasın. Necə istəyir gələcəkdə o cür həyat yaşasın”.

Tahirə Qafarlı

Oxunma sayı 1829
Siyasət rubrikasından digər xəbərlər