Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTO

15:42 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Gündəm rubrikasından digər xəbərlər