Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

10:14 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Hafta.az-ın məlumatına görə, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir:

"Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!".

 

Oxunma sayı 1917
Siyasət rubrikasından digər xəbərlər