Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildi - Prezident

15:04 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Siz Heydər Əliyevin işlərini xatırlatdınız. 1970-ci illərdə doğrudan da Azərbaycan neft sənayesinin yeni dövrü başlamışdır və siz də o işlərin iştirakçısı kimi o günləri yaxşı xatırlayırsınız”.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.

“Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildi. O cümlədən yaxşı xatırlayırsınız ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə və deyə bilərəm ki, təkidi ilə Dərin özüllər zavodu inşa edilmişdir. Hansı ki, o vaxt Həştərxanda planlaşdırılırdı. O, ondan xəbər tutdu, sovet hökumətinin yüksəkvəzifəli şəxslərinə müraciət etdi və sübut etdi ki, bu, Dərin özüllər zavodunun tikilməsi üçün ən məqbul yer Bakıdır, Azərbaycandır. Nə üçün? Çünki Xəzərin bütün neft-qaz sənayesinin mərkəzi bura idi və buna nail oldu”, - dövlət başçısı bildirib.

Oxunma sayı 1263
Siyasət rubrikasından digər xəbərlər