Meksikada güclü zəlzələ

10:48 28.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksika sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 68 min insanın yaşadığı Kabo San Lukas şəhərindən 367 km cənub-şərqdə, saat 1:30-da (Bakı vaxtı ilə 5:30) baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.