Meksikada yol qəzası - 40 nəfər həyatını itirdi

10:48 09.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikada ağır yol qəzası olub.

Hafta.az xəbər verir ki, çox sayda insan itkisi ilə nəticələnən bu yol-nəqliyyat hadisəsi Kankun şəhərindən Tabaskoya gedən avtobusun aşması nəticəsində baş verib. Nəticədə azı 40 nəfər həlak olub.

Daşıyıcı şirkətinin məlumatına görə, nəqliyyat vasitəsində 44 sərnişin olub.