Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq etdi 

12:24 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə, müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük. Amma ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil".

 

Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə bağlı mətbuat konfransında deyib.

 

"Onlar heç bir əsası olmadan özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burada qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin, attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir”, - deyə DİM sədri xəbərdarlıq edib.

Oxunma sayı 92