Mərakeşdə Covid-19 əleyhinə vaksin istehsal edəcək zavodun açılışı olub 

15:35 28.01.2022 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşdə koronavirusa qarşı aşı (vaksin) istehsal edəcək zavodunun açılışı olub. Kral VI Məhəmmədin də açılışında iştirak etdiyi müəssisənin tikintisi təxminən 500 milyon dollara başa gəlib. 
Hafta.az-ın yazdığına görə, bu barədə məlumat yayan MAP bildirib ki, zavodun istehsal edəcəyi aşılar yalnız Mərakeşə deyil, bütün Afrika qitəsinə koronavirusla mücadilədə kömək edəcək. Kasablankanın yaxınlığınd yerləşən Ben Slimanədə tikilmiş zavodda 2025-ci ilin sonunadək üç istehsal xəttində toplam 116 milyon ədəd aşı istehsal ediləcək. Sınaq üçün aşılar isə iyul ayınadək istehsal ediləcək. 
MAP-ın məlumatına əsasən, zavod İsveç şirkəti "Recipharm"ın dəstəyi, ictimai və özəl sektorun ortaqlığı ilə tikilib. 
Rəsmilər zavodda 2022-2025-ci illər arasında 20-dən çox aşı və müalicəüçün vacib olan digər dərman tərkiblərini istehsal edəcək. Mərakeş üç ildən az vaxt ərzində ölkənin ehtiyac duyduğu aşı sayının 70 faizini, Afrika qitəsinin ehtiyacının isə 60 faizini qarşılamağı hədəf seçib. 
Mərakeş qarşıdan gələn fevral ayından başlayaraq  5 milyon doza, 2022-ci ilin sonunadək ümumilikdə 20 milyon doza, 2025-ci ildən başlayaraq isə 2 milyard doza istehsal etməyi planlaşdırıb.

Oxunma sayı 344