Məşhəd–Bakı istiqaməti üzrə birbaşa uçuşlara start verilir

11:58 12.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranla Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün Məşhəd–Bakı istiqaməti üzrə birbaşa uçuşlara start verilir.

Hafta.az yazır ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı "Baku Star" şirkətidir. "Baku Star" şirkəti bu gündən etibarən Azərbaycannın bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməkdədir.

"Bakı-Məşhəd aviareysi üzrə uçuşlar davamlı olaraq 1 müddətinə həyata keçiriləcək. Azərbaycan tərəfindən "Baku Star" turizm və "Buta Airlines" şirkətləri, eləcə də İran tərəfindən bir şirkətlə birlikdə uçuşlar icra edəcək. 

"Baku Star" şirkətindən, sərnişinlərin sayı çox olarsa, gələcəkdə uçuşların gündəlik ola biləcəyi də bildirilib. 

Uçuşların qiymətinə gəlincə, Bakı-Məşhəd reysi üzrə birtərəfli uçuşun qiyməti 170 manat, iki tərəfli isə 323 manat olacaq. Şirkət həmçinin, 3, 4 və 7 gecəlik turlar da həyata keçirəcək.