Məşhur cütlük 1 dəqiqəyə 3,5 milyon qazandı

18:51 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşhur cütlük Halit Ergenç və Bergüzar Korel zərgərlik brendlərindən birinin reklamına çəkilib.

Hafta.az axşam.az-a istinadən bildirir ki, markanın siması olan aktyorlar bir dəqiqəlik video qarşılığında sərvət sahibi olub.

Belə ki, onlar 3,5 milyon (təxminən, 1 milyon 32 min manat) gəlir əldə edib.

Qeyd edək ki, cütlük ikinci oğlunu qucaqlarına almağa hazırlaşır.