Yazını böyüt
Yazını kiçilt
Amerikalı aktyor Entoni Quidera 62 yaşında dünyasını dəyişib.
Hafta.az xəbər verir ki, aktyorun ölüm səbəbi qəfil ürək dayanması olub. Həyat yoldaşı Valerinin sözlərinə görə, aktyor evinin qonaq otağında huşunu itirib. O, təcili xəstəxanaya aparılıb və üç həftə ərzində süni aparata qoşulub. Daha sonra həkimlər onu aparatdan ayırmaq qərarına gəliblər. Həkimlər hələ də aktyorun ürək dayanmasının səbəbini bilmirlər.
Entoni Quidera 30 filmə çəkilib. O, "Xaç atası III hissə" və "Xaç atası: Epiloq: Maykl Korleonun ölümü" filmlərində Entoni Korleonun cangüdənini canlandırıb. Həmçinin "Armageddon", "Poçtalyon", "Təcili yardım", "Qaya", "Ulduz yolu: Dərin kosmik doqquz", "İddiaçı", "Mələk" və "Neş körpüləri" filmlərində də rol alıb.