Messi çox yeməkdən özünü zorla saxlayır

21:29 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona"nın futbolçusu Lionel Messi qida rasionu barədə danışıb.

Messi çox yeməkdən özünün zorla saxladığını bildirib. O, şirin qidaları xoşladığını da etiraf edib:

"Mənim sevdiyim bütün yeməklər adi qidalardır. Qızardılmış yeməklərə meyilliyəm. Qidada zəif nöqtəm? Şokolad, karamel və dondurma. Demək olar ki, bütün şirin qidaları sevirəm. Düzdür, çox yeməməyə çalışıram, amma buna riayət etmək də çətindir. Ancaq nə edim, şirin qidaları sevirəm".