Metro tüstüləndi - qatarlar gecikdi 

09:38 16.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

 

Bu barədə hafta.az-a məlumat evrən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub:

 

“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətinə iki dəqiqə vaxt sərf olunub”.

 

Onun sözlərinə görə, metropolitenin iş rejimində dəyişiklik yoxdur

Oxunma sayı 170