Metroda işıq söndü - Qatar tuneldə qaldı

09:41 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda elektrik kəsintisi olub.

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib. Bildirib ki, qısa zamanda elektrik enerjisinin verilməsi bərpa olunacaq:

""Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur".

Oxunma sayı 249