Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - Rəsmi 

17:37 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış meyxanaçı Cavid Babaşovla (Cavid Sumqayıtlı) bağlı cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, meyxanaçı Cavid Babaşov 15 may 2021-ci ildə saxlanılıb..

Sumqayıt ŞPİ-nin əməkdaşları Cavid Babaşovu narkotik vasitələrin satışında şübhəli bilərək saxlayıb.

C.Babaşovun üzərinə baxış zamanı 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda isə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.

Oxunma sayı 31