Amerikalı diplomat Bakıya səfər edəcək

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müqavilələrin yoxlanılması və riayət olunması məsələlərinə dair müavini Rouz Qottemüller yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparmaq üçün oktyabr ayının 14-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən “Həftə içi“nə verilən məlumata görə, R.Qottemüller Azərbaycana səfərindən öncə, oktyabrın 12-14-də Astanada keçiriləcək Nüvə Silahlarından Azad Dünya beynəlxalq forumuna qatılacaq. Onun həmçinin bir sıra qazaxıstanlı rəsmilərlə görüşü planlaşdırılıb.
Vüsal