Milan Design Film Festivalının açılış mərasimi keçiriləcək

17:14 28.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda İtalyan dili Həftəsi çərçivəsində mədəni tədbirlər davam edir.

Hafta.az yazır ki, maraqlı açılış tədbiri Memarlıq və İnşaat Universitetində təşkil ediləcək. İtaliyanın ölkəmizdəki səfirliyi və adıçəkilən universitetin birgə təşkilatçılığı ilə reallaşan Milan Design Film Festivalının açılış mərasimi oktyabrın 30-da saat 10-da Memarlıq və İnşaat Universitetində olacaq. 

Tədbirin açılış mərasimində universitetin rektoru Gülçöhrə Məmmədova və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək, festivala start verəcəklər. Bundan sonra festivalın kuratoru Silvia Robertazzi tərəfindən giriş proqramı sərgilənəcək, ardıyla isə gün ərzində müvafiq olaraq 30 və 90 dəqiqəlik iki film nümayiş olunacaq. 

Qeyd edək ki, festival 31 oktyabr və 1 noyabr tarixlərində də fərqli filmlərin nümayişi ilə davam edəcək və Noyabrın 1-də günorta saatlarında başa çatacaq.