Milli futbol komandımıza kim rəhbərlik etsin? - Rəylər

14:03 13.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın əsas milli futbol komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib. AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. Xatırladaq ki, N.Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.

Bu gün isə müzakirə mövzusu milliyə gətiriləcək baş məşqçinin yerli və xarici olmasıdır. Ümümilikdə yeni baş məşqçi gətirildikdə vəziyyət dəyişəcəkmi?

Hafta.az –a danışan azərbaycanlı futbolçu. Azərbaycan milli futbol komandasının keçmiş üzvü Arif Əsədov dedi ki, bu haqda danışmaq hələ tezdir:

“Əslində neçə illərdir bu mövzu müzakirə olunur. Kimisi deyir ki, yerli baş məşqçilər olsun, bəziləri isə xarici baş məşşqçinin olmasını tələb edir. Bundan əvvəl də elə milliyə Qurban Qurbanov baş məşqçi kimi gətirildi. Lakin uğursuzluq kimi qiymətləndirildi. İstər yerli baş məşqçi olsun, istər xarici millimizin səviyyəsi bəllidir. Kimliyindən asılı olmayaraq hazırki durumu dəyişdirmək çətindir. Ancaq kimin gətiriləcəyi AFFA İcraiyyə Komitəsinin işidir”.

“Neftçi”, “Şəmkir”, “Qarabağ”, “Xəzər-Lənkəran” klubları ilə çempion olmuş, yığmanın baş məşqçisi çalışmış, Ağasəlim Mircavadov isə hesab edir ki, hələki vəziyyət necə dəyişəcək, o haqda nəsə söyləmək olmur:

"Hal-hazırda yığmada yaşlı oyunçuların sayı kifayət qədər var. Onların nə qədər potensialları var, bundan istifadə edirlər. Arxada yetişən gənc oyunçulara ehtiyac var. Həm də bir yox, qrup şəklində olmalıdır. İş birliyinin olması isə vacib şərtdir. Əgər bu, olmasa vəziyyət indikindən də daha pis ola bilər.  Zəif oyunçu onun psixoloji hərəkətindən sonra özünü fərqli hiss edir. Amma ümumilikdə yerli məşqçilər olmalıdır. Bizdə orta yaşlı məşqçilər yoxdur, cavan məşqçilər isə klublarda öz sözünü deyə bilmirlər".

Oxunma sayı 43