Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi

21:00 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

Hafta.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.

Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub.

Oxunma sayı 162
Siyasət rubrikasından digər xəbərlər