Millimiz Macarıstana uduzdu

21:56 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Hafta.az xəbər verir ki, Nikola Yurçeviçin çalışdırdığı kollektiv E qrupu çərçivəsində səfərdə Macarıstanla üz-üzə gəlib.
 
Budapeştdəki “Qrupama Arena” stadionu UEFA tərəfindən cəzalı olduğu üçün matç azarkeşlərə qapalı olub. Qaydalara görə belə görüşləri yalnız uşaqlar izləyə bilərlər. Meydan sahibləri də tribunalara 15 min azyaşlı fanat toplamışdı. Yığmamızı isə təxminən 200 nəfərlik azarkeş qrupu dəstəkləyirdi. 

Matçın taleyini bir qol həll edib. Erkən qol vuran macarlar bu üstünlüyü sonadək qoruyublar. 
 
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
 
Macarıstan – Azərbaycan 1:0
Qol: M.Korhut, 10.
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.