Millimiz qrup liderinə böyük hesabla uduzdu

22:40 10.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri AVRO-2021-in seçmə mərhələsi çərçivəsində öz meydanında Gürcüstanı qəbul edib. 

İlk yarıda rəqibin təzyiqlərinə dözən millimiz yalnız əlavə olunan dəqiqələrdə hesabın açılmasına mane ola bilməyib. Fasilədən dərhal sonra isə komandamız azlıqda qalıb. Məhz bundan sonra daha rahat oynamağa başlayan gürcülər hesabı darmadağın həddinə çatdırıblar.

AVRO-2021-in seçmə mərhələsi

Azərbaycan - Gürcüstan 0:3
Qollar: V.Arveladze, 45+3. İ.Buqridze, 73. G.Arabidze, 84.
Qırmızı vərəqə: H.Hacıyev, 49.