Millimiz qrupu birinci pillədə başa vurdu

22:10 26.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda bu gün son oyununu keçirib.

Hafta.az-ın məlumatına görə, Joze Alesio da Silvanın komandası Slovakiya ilə qarşılaşıb. İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanaraq elit-raunda vəsiqəni rəsmiləşdirən millimiz bu görüşdə də qalib gəlib - 2:0.

Bununla da millimiz maksimum - 9 xalla qrupu birinci pillədə başa vurub.

Azərbaycan - Slovakiya 2:0
Qollar:
 Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)
Bakı İdman Sarayı