Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - FOTO-YENİLƏNİB

17:46 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində ağır və orta ağır xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub.

Hafta.az-ın APA-ya istinadən məlumatına görə, 2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır.

Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2105-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

*** 15:30

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Oxunma sayı 160