Mingəçevirdə qadın meyiti tapıldı 

23:49 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, çağırış ünvanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 33