Miqrantlar sərhəddi keçdi

17:24 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir qrup miqrant Serbiya-Macarıstan sərhəddini keçib. 

Hafta.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası polisin informasiyasına əsasən məlumat yayıb.

Məlumata görə, miqrantlar Serbiya-Macarıstan sərhəddini keçdikləri zaman Macarıstan polisi havaya atəş də açıb.

Telekanal Macarıstan polisinin məlumatına istinadən xəbər verir ki, səhər saat 5.30-da (Bakı vaxtı ilə 8.30) iki qrup miqrant, Xorqoş 2 - Reske 2 sərhəd keçidi yaxınlığında Macarıstan ərazisinə qanunsuz girməyə çalışıblar. Bu zaman "Macarıstan polisi havaya bir neçə xəbərdarlıq atəşi açıb.

Bunun ardınca Macarıstan polisi dörd nəfəri də saxlayıb.

Oxunma sayı 191