Miqrasiya qurumlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər - FOTO

16:39 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Miqrasiya Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ətraf mühit, iqlim dəyişikliyi məsələlərinə ictimai diqqəti artırmaq və məlumatlandırmaq, həmçinin Azərbaycan Hökumətinin yaşıllıq, eləcə də ətraf mühitlə bağlı təşəbbüslərinə dəstək məqsədilə noyabrın 16-da zeytun bağının salınmasına start verilib.

Hafta.az xəbər verir ki, miqrasiya könüllülərinin də iştirak etdikləri aksiya Səbail rayonundakı “Velopark” ərazisində təşkil olunub. İştirakçılar 220 zeytun ağacı əkiblər. Yeni ağacların əkilməsində münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Onların mühafizəsi və mütəmadi qaydada qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi və zeytun bağının daha da genişləndirilməsi nəzərdə tutulur.